Ukrayna Soçi Olimpiyadasından imtina etdi

ukrayna-soci-olimpiyadasindan-imtina-etdi
Oxunma sayı: 1647


 “Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, idmançılar yarımfinal yürüşlərinə çıxmayıblar. Qərarın səbəbləri açıqlanmır. Hələlik kişilərdən ibarət komandanın da eyni addımı atıb-atmayacağı bilinmir. Qeyd edək ki, daha öncə “Biz avropalıyıq” ictimai hərəkatı bütün ukraynalı idmançıları ölkədəki vəziyyətlə əlaqədar olimpiadada çıxışlarını başa vurmağa çağırıb. Ukraynanın Olimpiya yığması isə ölkədəki vəziyyətlə əlaqədar bəyanat yayıb. Rəsmi açıqlamada Kiyevdəki zorakılığı dayandırmağa və Soçidə qələbə qazanmaq üçün maksimum güc sərf etməyə çağırış edilib..