Ukrayna son sutkada 1000-ə yaxın rusiyalı hərbçini zərərsizləşdirib

ukrayna-son-sutkada-1000-e-yaxin-rusiyali-herbcini-zerersizlesdirib
Oxunma sayı: 1547

Ukrayna ordusu ötən sutka ərzində 920 rusiyalı hərbçini zərərsizləşdirib.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı yayıb.

Bununla yanaşı, son sutka ərzində Rusiya ordusuna məxsus 8 tank və 10 artilleriya sistemi də sıradan çıxarılıb.

Ümumilikdə isə, 2022-ci ilin fevralın 23-dən bu günə qədər təqribən 128 420 rusiyalı hərbçinin zərərsizləşdirildiyi bildirilir.