Ukrayna taxılını daşıyan gəmi marşrutunu dəyişdi

ukrayna-taxilini-dasiyan-gemi-marsrutunu-deyisdi
Oxunma sayı: 5176

“Ukrayna taxılını daşıyan “Razoni” gəmisi marşrutunu dəyişib. Görünür gəmi yeni təyinat yeri ilə bağlı təlimat gözləyir”.

“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Livanın ictimai işlər və nəqliyyat naziri Əli Hamiyə məlumat verib.

O, bildirib ki, yük gəmisi avqustun 1-də 26 min ton həcmində qarğıdalı ilə Odessa limanından çıxıb və bu gün səhər saatlarında Livana çatmalı idi.

Qeyd edək ki, avqustun 2-də Ukraynanın Odessa limanından​ yola düşən taxıl ilə dolu ilk gəmi İstanbula çatıb. Birgə Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəmiyə baxış keçirilib.