“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, AvroNestin Enerji Komitəsinin sədri, Avropa İttifaqı -Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini Fuad Muradov Krımda baş verən prosesləri şərh edərkən bildirib. Deputat bildirib ki, bu hadisə həm də Avronest Parlament Assambleyasında, oradakı ukraynalı həmkarlarında işğal anlayışı barədə ətraflı təəssürat yaradacaq. “Avronestdəki bəzi ukraynalı deputatlar Azərbaycanın işğal altında olan torpaqları barədə danışılarkən tutduqları mövqeyə yenidən baxmaq imkanı əldə edəcəklər”.
F.Muradov qeyd edib ki, Krım böhranı böyük dövlətlərə Qarabağ münaqişəsinə diqqət yetirmək üçün imkan yaradıb. “Məhz Qarabağ probleminin həll edilməməsi, işğalçının öz adı ilə çağrılmaması ona gətirib çıxarıb ki, Ukrayna kimi böyük dövlət parçalnmaq təhlükəsi ülə üzləşib”.
“Biz dəfələrlə qeyd etmişik ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional təhlükəsizliyə ciddi təhdidlər yaradır. Avropa Birliyinin və böyük dövlətlərin Qarabağ münaqişəsinə ehtiyatlı yanaşmaları ilə müşayət olunan bu səhv siyasəti nəticəsində regionda belə bir vəziyyət yaranıb.Vəziyyətdən çıxış yolu beynəlxalq hüququn prinsiplərinə riyaət etməkdən, ermənilərin işğal altında saxladıqları Dağlıq Qarabağı və ətraf rayonları dərhal boşlatmasından keçir”.
Son xəbərlər
Son Xəbərlər