Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı güllələndi - Video

ukrayna-tehlukesizlik-xidmetinin-kecmis-emekdasi-gullelendi
Oxunma sayı: 3958

Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyev və Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisinin keçmiş müavini Dmitri Demyanenko martın 10-u Kiyevdə öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Ukrainskaya pravda” nəşri yayıb.

Hadisə martın 10-u axşam saatlarında Kiyevin Osokorki yaşayış massivində baş verib.

Bildirilir ki, Dmitri Demyanenkonun avtomobili blokpostda saxlamayıb və bunun ardınca “Mirotvorec” polkunun döyüşçüləri avtomobilə atəş açıb.