Ukrayna təyyarəsi Afrikada qəzaya düşdü

ukrayna-teyyaresi-afrikada-qezaya-dusdu
Oxunma sayı: 721

Ukraynanın “Cavok Air” aviaşirkətinə məxsus “An-74” tipli yük təyyarəsi Afrikada ada dövləti olan San-Tomedə qəzaya uğrayıb.
 

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Ukraynanın infrastruktur nazirinin müavini Yuri Lavrenyuk Feybuk hesabında məlumat verib.

Onun sözlərinə görə, təyyarə quşun mühərrikə çırpılması nəticəsində qəzaya düşüb.

Qeyd olunur ki, bütün ekipaj üzvləri xəsarət alıblar.