Ukrayna təyyarəsi vurulub

ukrayna-teyyaresi-vurulub
Oxunma sayı: 1165


“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, "Təxminən yarım saat əvvəl Yenakiyevo rayonu üzərində bizim təyyarəmiz vurulub, - Antiterror təşkilatının mətbuat xidmətinin rəhbəri Vladislav Seleznyov bildirib. Çox güman ki, "Buk" zenit-raket kompleksindən atəş açılıb".

Onun sözlərinə görə, təyyarəçi sağ qalıb. Hazırda axtarış-xilasetmə əməliyyatı keçirilir.

Avqustun 2 Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının nümayəndəsi Andrey Lısenko bəyan edib ki, könüllülər Ukraynanın pilotsuz təyyarəsini vurublar. Onun sözlərinə görə, təyyarənin vurulmasında "Buk-1M" zenit kompleksi istifadə olunub.