Ukrayna təyyarəsinin İranda yerə çırpıldığı an - Video

ukrayna-teyyaresinin-iranda-yere-cirpildigi-an
Oxunma sayı: 6727

Ukrayna Hava Yollarına məxsus təyyarənin Tehranın Xomeyni adına beynəlxalq hava limanında yerə çırpıldığı anın görtüntüləri yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, müşahidə kameralarına düşən yeni görüntülərdə təyyarənin sürətlə yerə çırpıldığı və yandığı görünür.

Xatrırladaq ki, Tehran-Kiyev reysini həyata keçirən “Boeing -737” tipli sərnişin təyyarəsi yanvarın 8-i səhər saatlarında havaya qalxdıqdan iki dəqiqə sonra qəzaya düşüb. Göyərtədə 167 sərnişin və 9 ekipaj üzvü olub. Sağ qalan olmayıb. 

Faciə qurbanları arasında 7 dövlətin vətəndaşları olub.