Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü oldu

ukrayna-turkiye-ve-rusiya-ombudsmanlarinin-videogorusu-oldu
Oxunma sayı: 1536

Rusiya və Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkililəri (ombudsman) Tatyana Moskalkova və Dmitro Lubitsin videogörüşü olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı ombudsman teleqram kanalında paylaşım edib. 

“Qarşılıqlı fəaliyyətimiz artıq ailələrin birləşməsi, hər bir tərəfdən itkin düşmüş şəxslərin müəyyən edilməsi, əsirlərin mübadiləsi və mülki şəxslərin evlərinə qayıtması ilə bağlı bir sıra məsələlərin həllinə imkan yaradıb”, - deyə rusiyalı ombudsman bildirib.

 Görüşə Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç qatılıb.