“Ukrayna üçün beynəlxalq döyüşçülər koalisiyası yaradılır”

ukrayna-ucun-beynelxalq-doyusculer-koalisiyasi-yaradilir
Oxunma sayı: 2285

“Dünən biz Britaniyada cənab Baş nazir Rişi ilə razılığa gəldik ki, döyüşçülərdən ibarət koalisiya üzərində işləyək - təlim, təyyarə, nəticələr".

"Qafqazinfo" xəbər verir ki, bunu Uktrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

O bildirib ki, artıq üç ölkə Ukrayna üçün beynəlxalq döyüşçülər koalisiyasının yaradılması üzərində işləməyə razılaşıb:

"Dünən Fransanın prezidenti Makron da bunu dəstəklədi, bu gün isə Niderlandın cənab Baş naziri Mark Rutte bunu dəstəklədi. Koalisiyaya yaxşı başlanğıc!” - deyə Ukrayna dövlətinin başçısı bildirib.