“Ukrayna üçün heç nə dəyişməyəcək” - Kuleba

“Ukrayna üçün heç nə dəyişməyəcək”
Oxunma sayı: 2284

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, ölkəsinin Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiya tərəfindən ilhaqı ilə bağlı açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kuleba bu haqda tviter hesabında paylaşım edib:

“Ukrayna üçün heç nə dəyişməyəcək. Biz ərazi bütövlüyümüzü bərpa edərək sərhədlərimizi və xalqımızı azad etməyə davam edəcəyik”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri bu gün imzalayıb.