Ukrayna və Belarus müdafiə nazirləri telefonla danışdı

ukrayna-ve-belarus-mudafie-nazirleri-telefonla-danisdi
Oxunma sayı: 1703

Ukraynanın müdafiə naziri Aleksey Reznikovla belaruslu həmkarı Viktor Xrenin arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb.

Reznikovun sözlərinə görə, belaruslu həmkarı ilə ölkələr arasında münasibətlərdə eskalasiyanın qarşısının alınması məsələlərini müzakirə edib.

O, həmçinin Xreninlə söhbəti müsbət siqnal və əməkdaşlığa doğru ilk addım adlandırıb.