Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi oldu

ukrayna-ve-rusiya-arasinda-novbeti-esir-mubadilesi-oldu
Oxunma sayı: 2175

Ukraynanın daha beş mülki şəxsi rus əsirliyindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.  Bildirilir ki, bu gün Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahı “5 üçün 5” formuluna əsasən növbəti mübadilə həyata keçirib.

“Ukraynanın 5 vətəndaşı vətənə qayıdıb”, - məlumatda deyilir.

Daha bir ukraynalının isə meyiti qaytarılıb.