Bu gün İstanbulda Ukraynanın yenidən qurulması ilə bağlı dəyirmi masa keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Ukraynanın İstanbuldakı Baş Konsulluğunun təşkil etdiyi görüşdə Ukraynanın İstanbuldakı baş konsulu Roman Nedilski, aparıcı türk və xarici sənaye və investisiya şirkətlərinin (“ENKA Holding”, “AKSOY Holding”, “Alpha Printing”, “BEPAR Holding” kimi türk, “Encom Construction”,“NEQSOL Holding”, “Rapid Solitions” kimi Azərbaycan şirkətlərinin) nümayəndələri, diplomatlar iştirak ediblər.
Ukraynanın İstanbuldakı baş konsulu çıxışında Ukrayna iqtisadiyyatının Rusiyanın irimiqyaslı hücumu şəraitində belə, müharibədən irəli gələn mənfi amillərə tab gətirmə qabiliyyəti ilə möhkəmlik nümayiş etdirdiyini və Türkiyə tərəfindən göstərilən yardımların, həm dövlət, həm də işgüzar dairələrdə tərəfdaş kimi qarşılıqlı faydaya əsaslanan gələcək əməkdaşlığı müsbət hala gətirdiyini bildirib.
Ukraynanın Luqano konfransında güclü və hərtərəfli inkişaf planı təqdim etdiyini xatırladan Roman Nedilskii 10 illik inkişaf strategiyasının xarici tərəfdaşlar tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Eləcə də “Neqsol Holding”in sənaye rəhbəri İsrail Əsalıyev investisiyalar və biznes potensialı ilə bağlı danışıb.
İclasda dünyanın ən böyük investor fondu “TA Ventures”in nümayəndəsi Stepan Naumovda fondun təqdimatını keçirib.
“Alpha Printing”in sahibi Bora Yazır çıxışında bildirib ki, bu, Ukrayna və Türkiyədə əlaqələri dövründə ən mühüm və strateji toplantıdır. Onun sözlərinə görə, bu gün bir çox türk şirkətləri burada iştirak etmək niyyətində olsalar da, yalnız ən böyük və ən güvənilənlər iştirak edib.
Həmçinin, tədbirə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnarda videozənglə qoşulub. O, Ukraynanın dəvətini qəbul edən şirkətlərlə bir yerdə dirçəldəcəyinə vəd verib.
Dəyirmi masa çərçivəsində işgüzar dairələrin nümayəndələri ilə xarici tərəfdaşların Ukraynanın yenidən qurulmasında iştirakı və şərtləri, dövlət tərəfindən xarici investorlara dəstək və stimullaşdırma mexanizmləri müzakirə edilib.
Türk və xarici iş adamları kənd təsərrüfatı, enerji və infrastruktur kimi sektorlara sərmayə qoymağa hazır olduqlarını bildiriblər.







Son xəbərlər
Son Xəbərlər