Ukrayna Xersonun daha bir kəndinə nəzarəti ələ keçirdi

ukrayna-xersonun-daha-bir-kendine-nezareti-ele-kecirdi
Oxunma sayı: 1772

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın nəzarəti altına aldığı Xerson vilayətinin Mala Aleksandrovka kəndinə nəzarəti bərpa etdiyi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin rəsmi teleqram hesabında paylaşım edilib:

“Bu dəfə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin əsgərləri Xerson vilayətində Mala Aleksandrovkaya nəzarəti ələ keçirib”.