Ukrayna XİN rəhbərinin müavini Azərbaycandadır - Foto

Ukrayna XİN rəhbərinin müavini Azərbaycandadır
Oxunma sayı: 647

Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar Azərbaycanda səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz tvitter hesabında məlumat verib.

Səfər çərçivəsində V. Bodnar Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşüb.

Görüşdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyət perspektivləri müzakirə edilib.