Ukrayna Xorvatiya prezidentindən təkzib tələb etdi

ukrayna-xorvatiya-prezidentinden-tekzib-teleb-etdi
Oxunma sayı: 1954

Ukrayna Xarici İşlər Nazirliyi Xorvatiya Prezidenti Zoran Milanoviçin Ukraynanın ən geri qalmış ölkələr arasında olduğu və NATO-da yeri olmadığı ilə bağlı sözlərinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin açıqlamasında Milanoviçin sözlərinə sərt reaksiya göstərilib.

Qeyd olunub ki, Xorvatiyanın Kiyevdəki səfiri Anika Camiç nazirliyə çağırılıb:

“Ona Milanoviçin Ukraynanın NATO üzvlüyü və NATO-nun dəstəyi ilə bağlı sözlərinin məyusluq yaratdığı bildirilib.

Milanoviçin sözləri Ukraynanın Avropadakı gələcəyi üçün həyatlarını itirən insanların xatirəsini incidib. Xorvatiya prezidentinin bu alçaldıcı ifadələrinin ictimaiyyət önündə təkzib edilməsini və gələcəkdə təkrarlanmamasını tələb edirik”.

Qeyd edək ki, Milanoviç açıqlamasında Ukrayna ilə Rusiya arasındakı münaqişənin alovlanacağı təqdirdə xorvat ordusunun bütün üzvlərini geri çəkəcəyini deyib.

“Ukraynanın NATO-da yeri yoxdur. Yanukoviç administrasiyasının devrilməsindən səkkiz il ötüb. Ukrayna iqtisadi olaraq irəliləyişə nail olmayıb. Avropa İttifaqından heç bir yardım ala bilmir. Ölkə ən geri qalmış ölkələr arasına daxil olub”, - Milanoviç əlavə edib.