“Ukraynanın əks-hücum əməliyyatı yaxın həftələrdə baş tuta bilər”.
“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Onun sözlərinə görə, rəsmi Kiyev Krım üzərində nəzarətin geri qaytarılması məsələsində Ukrayna xalqının fikrinə qulaq asmalıdır:
“Bu qərarları Ukrayna verməlidir. Ukrayna demokratiyadır. Prezident Volodimir Zelenski ölkəyə rəhbərlik etməklə bağlı məsuliyyət daşıyır. Lakin o, həmçinin ukraynalıların iradəsinə açıq olmalıdır”.
Son xəbərlər
Son Xəbərlər