Ukrayna yenə qarışdı- - 7 ölü, 13 yaralı

ukrayna-yene-qarisdi-
Oxunma sayı: 1159


“Qafqazinfo”nun məlumatına görə, silahlı qarşıdurmalar fasiləsiz davam edir. Bölgədəki vəziyyətlə bağlı danışan Ukrayna Prezident Terrorla Mübarizə Əməliyyatları rəhbəri Aleksandr Motuzyanik son 24 saatda 7 Ukrayna əsgərinin öldüyünü, 13-nün yaralandığını açıqlayıb. 

Qarşıdurmalar Ukraynanın Müstəqillik Bayramı sonrası şiddətlənib. 

Qeyd edək ki,  26 avqustda baş verən qarşıdurmalarda da 5 əsgər həyatını itirmişdi. Olaylar Azov dənizi sahilindəki Mariupol və Donetsk ətrafında baş vermişdi. 

“Qafqazinfo”