Ukrayna yenidən qarışdı- - Yaralıların sayı artır+Fotolar

ukrayna-yeniden-qarisdi-
Oxunma sayı: 1792


“Qafqazinfo” xəbər verir ki, nümayişçilər binanın içərisinə tüstü qumbaraları atırlar. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, radikal nümayişçilərdən canlarını qurtara bilmək üçün insanlar binanın pəncərəsindən tullanmağa məcbur olublar. 

Bir qədər əvvəl polislə “Maydan”ın etirazçıları arasında parlament binası yaxınlığında başlayan toqquşmada, həmçinin səs qumbaralarından da istifadə edildiyi deyilir. 

DİN insident nəticəsində yaralanan daxili qoşunların hərbi qulluqçularının sayının yeddiyə çatdığını bildirib.

“UDAR” partiyasının lideri Vitali Kliçko prezident Yanukoviçi növbədənkənar prezident və parlament seçkiləri keçirməyə çağırıb: “Bunu edin və bu, situasiyadan çıxış yolu olacaq, bu, kişi davranışı olacaq”.