Ukraynada 100-dən çox uşaq ölüb

ukraynada-100-den-cox-usaq-olub
Oxunma sayı: 1278

Ukraynada Rusiyanın genişmiqyaslı hərbi əməliyyatının başlamasından etibarən həlak olan uşaqların sayı 100-ü keçib.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş prokuroru İrina Venediktova açıqlayıb.

Martın 16-sı səhər saatlarına olan məlumata görə, Ukraynada müharibə zamanı 103 uşaq həlak olub.