Ukraynada 100-lərlə tibb işçisi koronavirusa yoluxub

ukraynada-100-lerle-tibb-iscisi-koronavirusa-yoluxub
Oxunma sayı: 1454

Ukraynada 334 tibb işçisi koronavirusa yoluxub. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bunu Ukraynanın Səhiyyə naziri Maksim Stepanov açıqlayıb.

“Bizim 2203 koronaviruslu xəstəmiz var. Onlardan 334-ü tibb işçisidir. Biz gündəlik olaraq, onların fərdi mühafizə vasitələri ilə maksimal dərəcədə təmin edilməsi ilə məşğul oluruq”, - o, cümə günü “İnter” telekanalının efirində deyib.  

Cümə günü Ukrayna Silahlı Qüvvələrinin Tibbi xidmət komandanlığı da, həmçinin orduda koronavirusa 3 yeni yoluxma haqqında bildirib. Bununla da, Ukraynada koronavirusa yoluxan hərbçilərin ümumi sayı 10-a yüksəlib, onlardan biri vəfat edib.  

Umumilikdə Ukraynada 2 203 yoluxma, 69 ölüm halı qeydə alınıb, 61 pasiyent sağalıb. Yoluxma hallarının çoxu Kiyev və ölkənin qərb böllgələrində qeydə alınır.