Ukraynada 15 mindən çox insan itkin düşüb

Ukraynada 15 mindən çox insan itkin düşüb
Oxunma sayı: 443

“Ukraynada müharibə zamanı 15 mindən çox insan itkin düşüb”.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın Avropa proqramının direktoru Metyu Hollidey açıqlayıb. 

Onun sözlərinə görə, bu rəqəm nisbidir. Belə ki, Ukrayna rəhbərliyinin məlumatına görə, tək Mariupol şəhərində 25 min nəfər itkin düşüb və yaxud həlak olub. 

Hollidey belə hesab edir ki, Ukraynada itkin düşənlərin işinin araşdırılması illərlə davam edə bilər.