Ukraynada 167 uşaq ölüb, 297-si yaralanıb

ukraynada-167-usaq-olub-297-si-yaralanib
Oxunma sayı: 766

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölən uşaqların yeni sayı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibə nəticəsində 167 uşaq ölüb, 297 uşaq isə xəsarət alıb.