Ukraynada 2 britaniyalı yardım könüllüsü öldürüldü

ukraynada-2-britaniyali-yardim-konullusu-olduruldu
Oxunma sayı: 2215

Ukraynanın şərqində dinc sakinlərin təxliyyəsi üçün könüllü işləyən və yardım fəaliyyəti həyata keçirən iki Böyük Britaniya vətəndaşının öldürüldüyü bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda onların daha əvvəl itkin düşdüyü bildirilən və sonuncu dəfə yanvarın 6-da Ukraynanın şərqində toqquşmaların baş verdiyi Soledar şəhərinə gedərkən görünən Britaniya vətəndaşları Kriss Parry (28) və Andrew Baqşou (48) olduğu qeyd olunub.

Parrinin müharibə başlayandan sonra mart ayında Ukraynaya getdiyini və humanitar yardım fəaliyyəti həyata keçirdiyini bildirən ailəsi oğullarının 400-dən çox insanı xilas etdiyini bildirib. Qeyd olunub ki, Böyük Britaniya vətəndaşı Baqşou da Ukraynanın Donetsk vilayətində ərzaq və dərman paylayıb, yaşlılara yardım çatdırıb.