Ukraynada 28 500 rusiyalı hərbçi zərərsizləşdirilib - Baş Qərargah

ukraynada-28-500-rusiyali-herbci-zerersizlesdirilib
Oxunma sayı: 982

Ukraynada fevralın 24-dən bu günə qədər təqribən 28 500 rusiyalı hərbçi zərərsizləşdirilib.

“Qafqazinfo” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, fevralın 24-dən mayın 19-na qədər Ukrayna ordusu Rusiyaya məxsus 1254 tank, 3063 zirehli döyüş maşını, 595 artilleriya sistemi, 199 reaktiv yaylım atəşi sistemi, 93 hava hücumundan müdafiə vasitəsi, 203 təyyarə, 167 helikopter, 455 pilotsuz uçuş aparatı, 103 qanadlı raket, 13 gəmi/kater, 2157 avtomobil texnikası və avtosistern, eləcə də 43 xüsusi texnika sıradan çıxarılıb.