Ukraynada son 24 saatda daha 94 tibb işçisində koronavirusa yoluxma faktının aşkarlanması ilə virusa yoluxan tibbi personalın sayı 3208-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə naziri Maksim Stepanov açıqlama verib: “Ötən gün ərzində daha 402 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Onlardan 25-i azyaşlı, 94-ü isə tibb işçiləridir. Ümumilikdə pandemiya dövründə 3208 tibb işçisi koronavirusa yoluxub”.
Səhiyyə Nazirliyinin son statistikasına görə, ölkədə 16 min 425 insan koronavirusa yoluxub, onlardan 439-u xəstəlik səbəbindən həyatını itirib. Ümumilikdə 3 716 pasient isə sağalaraq evə buraxılıb.
Son xəbərlər
Son Xəbərlər