Ukraynada 7 nəfər karantinə alındı

ukraynada-7-nefer-karantine-alindi
Oxunma sayı: 1127

Ukraynanın Dnepropetrovsk vilayətində 6 və Donetsk vilayətində 1 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, 6 nəfər eyni ailənin üzvüdür. Xəstəxanaya yerləşdirilənlərdən biri hamilədir. Ailə üzvlərindən birinin İtaliyadan qayıtdığı bildirilir. Onlarda öskürək və yüksək temperatur simptomları aşkarlanıb.

Donetskdə karantinə alınan şəxs isə bu yaxınlarda Tailanddan qayıdıb.