Ukraynada 9 Azərbaycan vətəndaşı saxlanıldı

ukraynada-9-azerbaycan-vetendasi-saxlanildi
Oxunma sayı: 3003

Ukrayna polisi Xerson vilayətinin “Velyki Kopani” topdansatış bazarında qanunsuz miqrantlara qarşı reyd keçirib.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, “Miqrant” adlı əməliyyat zamanı 9 nəfər saxlanılıb. Onlar Azərbaycan vətəndaşlarıdır.

Xerson polis idarəsinin məlumatına görə, saxlanılanlar haqqında inzibati cərimə nəzərdə tutulub və onlar deportasiya olunacaqlar.