Ukraynanın Jitomir vilayətində ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Unian.net” Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
İnsident “Kiyev-Kovel” avtomagistralında qeydə alınıb. Qəza zamanı “Suzuki” və “VAZ 21 09” minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb. Xəstəxanaya yerləşdirilənlərin vəziyyətlərinin ağır olduğu vurğulanıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.

Son xəbərlər
Son Xəbərlər