Ukraynada atəş nəticəsində 3 sərhədçi öldü - Yaralılar var

ukraynada-ates-neticesinde-3-serhedci-oldu
Oxunma sayı: 2486

Rusiya qüvvələri Ukraynanın Skadovska bölgəsində olan ölkə sərhədçilərini helikopterdən atəşə tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Dövlət Sərhəd Xidməti yayıb.

Bildirilir ki, atəş nəticəsində 3 ukraynalı sərhədçi ölüb. Həmçinin yaralıların da olduğu qeyd olunur.

“Buna baxmayaraq, sərhədçilər döyüşü davam etdirir”, - deyə məlumatda vurğulanıb.