Ukraynada atəşkəs elan ediləcək - - Putin razılaşdı

ukraynada-ateskes-elan-edilecek-
Oxunma sayı: 1684


Jurnalistlər qarşısında çıxan Putin çoxdandır belə ağır bir gecə yaşamadığını etiraf edib. Putin danışıqların bu qədər uzanmasına səbəb kimi Kiev hökumətinin Donetsk və Luqansk rəhbərləri ilə dialoqa girməkdən imtina etməsini göstərib. 

Rusiya prezidentinin sözlərinə görə, əldə edilən digər razılaşmaya əsasən, ağır qoşunlar indiki təmas xətti və sərhəddən çıxarılacaq. 

Putin “normand dördlüyü”nun Donbass ərazisində yaşayanların hüquqlarının tanınmasına yönələn “konstitusiya islahatları”nda da razılığa gəldiklərini qeyd edib.