“Ukraynada atəşkəsin mümkünlüyü hələ nəzərdən keçirilmir”

ukraynada-ateskesin-mumkunluyu-hele-nezerden-kecirilmir
Oxunma sayı: 911

“Hazırda Ukraynada sülhün və yaxud ümumi atəşkəsin bağlanması mümkünlüyü nəzərdən keçirilmir”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

Onun sözlərinə görə, hazırda əsas diqqəti Ukraynada döyüşlərin getdiyi zonalardan dinc sakinlərin təxliyəsinə, humanitar yardımın göstərilməsinə yönəltmək vacibdir.