Ukraynada avtomobil oğurlayan azərbaycanlı tutuldu

ukraynada-avtomobil-ogurlayan-azerbaycanli-tutuldu
Oxunma sayı: 1847

Ukraynanın Vinnitsa şəhərində 44 yaşlı Azərbaycan vətəndaşı 63 yaşlı şəhər sakininin avtomobilini oğurlayıb.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları”Chevrolet” markalı nəqliyyat vasitəsini və oğrunu tapıblar. Azərbaycanlı girov qoymaq hüququ olmadan 60 sutka həbs edilib.

Onu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.