Ukraynada bank rəhbəri övladının gözləri önündə oğurlandı

ukraynada-bank-rehberi-ovladinin-gozleri-onunde-ogurlandi
Oxunma sayı: 1801

Ukraynanın Kiyev şəhərində “Ukreksimbank” dövlət bankının başçısı Aleksandr Qritsenko oğurlanıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Pryamoy” kanalı onun ailəsinə istinadən xəbər verib.

Bankirin qohumlarının sözlərinə görə, naməlum cinayətkarlar Qritsenkonu övladının gözləri önündə qara avtobusa salıb aparıblar.

Onun yaxınları artıq polisə müraciət ediblər.