Ukraynada “Bayraktar TB2”nin istehsalı bu tarixdə başlaya bilər

ukraynada-bayraktar-tb2nin-istehsali-bu-tarixde-baslaya-biler
Oxunma sayı: 1614

Türkiyənin “Baykar” şirkəti Ukraynada “Bayraktar TB2” və “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarının istehsalına 2025-ci ildə başlamaq istəyir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktar deyib.

Onun sözlərinə görə, “Baykar” şirkətinin Ukraynadakı müəssisəsində inşaat işləri plana uyğun davam edir: “Müəssisənin açılışının isə 2025-ci ildə olacağı nəzərdə tutulub”.