“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, yaralı 26 yaşlı Murad İbrahimov çiynindən güllə yarası alıb.
Qeyd edək ki, Ukraynanın paytaxtı Kievdə nümayişlərin ilkin mərhələsində “Maydan”da yoxa çıxanların siyahısında adı çəkilən Azərbaycan vətəndaşından hələ də xəbər yoxdur. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov mətbuata açıqlama verərək yanvarın 23-ü itkin düşən azərbaycanlı Yusif Mirişovun hələ ötən ay tapıldığını bildirsə də Ukraynada yaşayan həmyerlilərimiz bunu təkzib edirlər.
Redaksiyamızla əlaqə saxlanyan həmvətənimizin sözlərinə görə, nümayişlər zamanı itkin düşənlərin siyahısını dərc edən “Euromaidan SOS” hələ də həmyerlimizin Azərbaycandakı qohumlarını axtarır.
***
Ukraynadakı hadisələrdə yaralanan Murad İbrahimov əslən Gəncə rayonundandır. Vəziyyəti isə ağır olaraq qalır.
Son xəbərlər
Son Xəbərlər