Ukraynada bir gecədə 50 nümayişçi oğurlandı- - Fotolar

ukraynada-bir-gecede-50-numayisci-ogurlandi-
Oxunma sayı: 2115


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mətbuatda gedən bu xəbər ölkənin Daxili İşlər Nazirliyi tərəfindən təsdiqini tapmayıb. Bu arada Ukrayna Baş Prokurorluğu bir gecədə 50-dən çox nümayişçinin oğurlanması ilə bağlı məlumat yayıb. Şahidlər təsdiq edirlər ki, onları qəddarlıqla döyərək naməlum istiqamətə aparıblar. Prokurorluq Kievdəki kütləvi nümayişləri dayandırmağı tələb edib. Bildirilib ki, günahkarlar cinayət məsuliyyətinə cəlb ediləcəklər

Qeyd edək ki, son rəqəmlərə görə, toqquşlamalarda 167 polis yaralanıb. 

Ölkənin baş naziri Nikolay Azarov isə kütləvi aksiyalara qoşulan nümayişçiləri terrorist adlandırıb: “Terrorçuların həyasızlıq və əxlaqsızlığı o həddə çatıb ki, onlar canlı insanlara Molotov kokteyli atırlar. Hər kəs, bütün dünya o kadrları gördü. Bu gün gecə isə Maydandan terrorçular otellərə girib və rəqibləri adlandırdıqları onlarla vətəndaşı qəddarlıqla döyüblər. Bu şəkildə onlar istənilən vətəndaş üçün həyati təhlükə daşıyırlar”. 

Azarov artıq bu toqquşlamarın dinc xarakter daşımadığını və polisin nümayişçilərə qarşı odlu silahdan istifadə etməsi xəbərlərinin əsassız olduğunu vurğulayıb. Baş nazir qeyd edib ki, hökumət və Ukrayna prezidenti ölkədə anarxiyaya yol verməyəcək. 

Dövlət Duması isə ölkədə baş verənlərə bağlı bəyanat qəbul edib. Qərar toplantıda iştirak edən 388 deputat tərəfindən yekdilliklə qəbul edilib. Bəyanatda qeyd olunur ki, etiraz aksiyaları artan miqyasla gedir və daha da aqressiv xarakter almağa başlayıb. Eyni zamanda, silah yolu ilə hakimiyyətin legitim institutlarını devirmək cəhdləri var.