“Rusiya qoşunlarının Ukraynaya qarşı genişmiqyaslı hücumu və Belarus ərazisindən aqressiya başlayandan etibarən Ukraynada 2000-dən çox dinc vətəndaş həlak olub”.
“Qafqazinfo” “Ukrainskaya pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayıb.
Bildirilir ki, 7 gün ərzində Rusiya yüzlərlə nəqliyyat infrastrukturu obyektini, yaşayış evlərini, xəstəxanaları və uşaq bağçalarını dağıdıb.
Xidmət əməkdaşları 150-dən çox sakini xilas edib, atəş nəticəsində baş vermiş 400-dən çox yanğını söndürə bilib, 500-dən çox insanı təxliyə ediblər. Bununla yanaşı, 416 ədəd partlayıcı predmet zərərsizləşdirilib.
Son xəbərlər
Son Xəbərlər