Ukraynada Brejnevin heykəli söküldü

ukraynada-brejnevin-heykeli-sokuldu
Oxunma sayı: 2812

Ukraynanın Dnepropetrovsk vilayətinin Kamianske şəhərində Sov.İKP MK-nın Baş katibi Leonid Brejnevin abidəsi sökülüb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, SSRİ-nin keçmiş lideri Leonid Brejnevin büstü mərkəzi Svoboda prospektindən götürülüb.

Bildirilir ki, memorialın Şəhər Tarixi Muzeyinə verilməsi planlaşdırılır.