Ukraynada bu gün bu istiqamətlər üzrə təxliyə həyata keçiriləcək

ukraynada-bu-gun-bu-istiqametler-uzre-texliye-heyata-kecirilecek
Oxunma sayı: 1426

“Çərşənbə günü Ukraynada dinc sakinlərin təxliyəsi 6 humanitar dəhliz üzrə həyata keçiriləcək”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk brifinq zamanı deyib.

“Hərbçilər martın 9-u 09:00-dan 21:00-a qədər atəşi dayandırmağa razıdırlar”, - deyə Vereşuk söyləyib.

Onun sözlərinə görə, Enerqodar-Zaporojye, Sumı-Poltava, Mariupol-Zaporojye, Volnovaxa-Pokrovsk, İzyum-Lozovaya istiqamətlərində təxliyə üçün atəşkəs rejimi tətbiq ediləcək.

Bununla yanaşı, Kiyev vilayətinin Borzel, Buça, Borodyanka, İrpen və Qostomel yaşayış yerlərindən Kiyev istiqamətində mülki şəxslərin təxliyəsi həyata keçiriləcək.