Ukraynada bu peyvəndin qeydiyyatına başlanıldı

ukraynada-bu-peyvendin-qeydiyyatina-baslanildi
Oxunma sayı: 1112

İsveç- İngiltərə şirkəti “AstraZeneca”nın istehsal etdiyi peyvəndin Ukraynada qeydiyyat proseduruna başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın İctimai Səhiyyə Mərkəzinin Mətbuat Xidməti məlumat verib.

“Dünən, 15 fevral 2021-ci il tarixində Ukraynada “Oxford/AstraZeneca” peyvəndinin qeydiyyatı üçün Ukrayna Səhiyyə Nazirliyinin Dövlət Ekspert Mərkəzinə müraciət təqdim edilib”,- deyə məlumatda qeyd olunub.

Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Oxford/AstraZeneca” peyvəndini təcili istifadə üçün təsdiqlədiyini açıqlamışdı.