Ukraynada bu şəxslərin aktivləri müsadirə olunacaq

Ukraynada bu şəxslərin aktivləri müsadirə olunacaq
Oxunma sayı: 1683

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi əməliyyatını dəstəkləyən şəxslərin aktivlərinin müsadirə edilməsi prosedurunun müəyyən edilməsi haqqında qanunu imzalayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın dövlət başçısının ofisi yayıb.

“Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il mayın 12-si Ali Rada tərəfindən qəbul edilən “Ayrı-ayrı şəxslərin aktivləri ilə bağlı sanksiyaların effektivliyinin artırılması barədə Ukraynanın bəzi qanunlarına dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb. Ukraynaya qarşı təcavüzü dəstəkləyən şəxslərin aktivlərinin müəyyən olunaraq müsadirə edilməsi proseduru düşmənlər hesabına Ukrayna büdcəsini tez və effektiv şəkildə doldurmağa imkan verəcək”, - deyə məlumatda qeyd olunub.