Ukraynada COVID-19-a yoluxmada kəskin artım

ukraynada-covid-19-a-yoluxmada-keskin-artim
Oxunma sayı: 1847

Ukraynada COVID-19-la xəstələnmə göstəricisi bir ay ərzində üç dəfədən çox artıb – 100 min əhaliyə 161,4 nəfər. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu məlumat ölkənin Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Mərkəzi tərəfindən təqdim edilib.

Ukraynanın Səhiyyə naziri Maksim Stepanov iyunun 25-də keçirdiyi brifinqdə bildirmişdi ki, ölkə üzrə xəstələnmə göstəricisi 100 min əhaliyə təxminən 50 nəfər təşkil edib. Baş Nazir Denis Şmıqal isə iyulun 27-də Prezident Vladimir Zelenskinin başçılığı ilə keçirilən müşavirədə 100 min əhaliyə 66,7 rəqəmini səsləndirmişdi.

“İyulun 29-na olan məlumata əsasən, COVID-19-la xəstələnmə göstəricisi 100 min əhaliyə 161,4 nəfər təşkil edib. Ölüm göstəricisi - 2,4 %-dir”, - Mərkəzin Mətbuat Xidməti feysbukda bildirib.

Daha əvvəl Ukrayna Səhiyyə Nazirliyi bildirmişdi ki, ölkədə 67 597 koronavirusa yoluxma halı qeydə alınıb, 1 650 xəstə vəfat edib, 37 394 nəfər sağalıb.