Ukraynada daha 34 rus filminə qadağa qoyuldu

ukraynada-daha-34-rus-filmine-qadaga-qoyuldu
Oxunma sayı: 861

Ukraynada Rusiyanın daha 34 film və seriallarına qadağa qoyulub.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın kino məsələləri üzrə dövlət agentliyinin məlumatında bildirilir.

Qadağan olunan film və seriallarının siyahısında “İki ata və iki oğul” (“Два отца и два сына”), “Valideynlər” (“Родители”), “Yatan gözəllərin evi” (“Дом спящих красавиц”), “Dünyanın bütün xəzinələri” (“Все сокровища мира”), “Hədsiz gözəl qadın” (“Слишком красивая женщина”), “Qızl gəlin” (“Золотая невеста”), “Ana, mən evlənirəm” (“Мама, я женюсь”), “Təsadüfi olmayan görüş” (“Неслучайная встреча”), “Sevginin gücü” (“Сила любви”), “Oğul” (“Сын”) və s. var.

Qeyd edək ki, ötən il Ukrayna prezidenti Petro Poroşenko 2014-cü ildən sonra çəkilmiş bütün rus filmlərinə qadağa ilə bağlı fərman verib. Bu, vətəndaşları rusyönlü informasiya təbliğatından qorumaq məqsədi daşıyır.