Ukraynada daha 433 nəfərdə koronavirus aşkarlandı

ukraynada-daha-433-neferde-koronavirus-askarlandi
Oxunma sayı: 986

Ukraynada son sutka ərzində daha 433 nəfərdə koronavirus aşkarlanıb, 21 nəfər vəfat edib. “Qafqazinfo” “gazeta.ru”ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 291-ə, bu virusdan ölənlərin sayı isə 514-ə yüksəlib.

Daha çox yoluxma faktı Çernovitsk vilayətində (2 694) və Kiyevdə (2 280) qeydə alınıb.