Ukraynada daha bir mer oğurlandı

ukraynada-daha-bir-mer-ogurlandi
Oxunma sayı: 3958

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Starux Dneprorudnı şəhərinin meri Yevgeni Matveyevin qaçırıldığını bildirib.

“Qafqazinfo” xəbər verir kİ, bu barədə o, feysbuk səhifəsində məlumat paylaşıb. 

“Müharibə cinayətləri sistemli xarakter alır. Dneprorudnı şəhərinin meri Matveyev Yevgeni Sergeyeviç oğurlanıb”, - deyə o qeyd edib.

Xatırladaq ki, martın 11-də Melitopol meri İvan Fedorovun oğurlanması barədə də məlumat yayılıb. İndiyə qədər onun harada olduğu məlum deyil.