Ukraynada daha bir siyasətçi namizədliyini geri götürdü

ukraynada-daha-bir-siyasetci-namizedliyini-geri-goturdu
Oxunma sayı: 875

Ukraynada prezident seçkiləri üçün namizədliyini irəli sürən Dmitri Qnap geri çəkilib.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbə verir ki, o, namizədliyini Ali Radanın “Naşa Ukraina” blokundan olan deputatı Anatoli Qritsenko lehinə geri götürüb.

Qnap Qritsenkonun “Xalqın Gücü” konqresinə dəvət edildiyini bildirib.

Qeyd edək ki, Ukraynada “Samopomoş” partiyasının lideri Andrey Sadovıy da Qritsenko lehinə seçkilərdən çəkildiyini elan etmişdi. Beləliklə, prezident olmaq uğrunda yarışacaq namizədlərin sayı 42-yə enib.

Anatoliy Qritsenko