Ukraynada prezident seçkilərinin daha bir namizədi – Sergey Krivonos namizədliyini geri götürüb.
“Qafqazinfo” xəbər verir ki, siyasətçi bu barədə “Facebook” səhifəsində yazıb. O, prezident Petro Poroşenkonun xeyrinə seçkilərə qatılmaqdan imtina edib. “Mən bunu Ukraynanın gələcəyi və vətəndaşların maraqları naminə edirəm”, - deyə Krivonos yazıb.
Qeyd edək ki, Krivonos bir qədər əvvəl Ukrayna əhalisini Rusiya ilə müharibəyə hazırlaşmağa çağırmışdı.
Son xəbərlər
Son Xəbərlər