“Ukraynada deeskalasiya əlamətləri görmürük” - NATO

ukraynada-deeskalasiya-elametleri-gormuruk
Oxunma sayı: 1642

“Moskvadan diplomatiyanın davam etməsinə dair siqnallar gəlir. Bu, ehtiyatlı optimiz üçün əsas yaradır”.

“Qafqazinfo” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, lakin hələ də Ukraynada deeskalasiya əlamətləri müşahidə edilməyib: “Hətta Rusiyanın Ukrayna sərhədində təlimlərin başa çatmasına dair açıqlamasından sonra da bu əlamətləri görmürük”.

Baş katib bildirib ki, NATO müdafiə nazirləri fevralın 16 və 17-si Gürcüstan və Ukraynadan olan həmkarları ilə Qara Dəniz regionunda vəziyyəti və müdafiənin gücləndirilməsini müzakirə edəcəklər.

O əlavə edib ki, NATO Rusiya ilə Ukraynaya həsr olunan birgə iclaslar keçirməyə hazırdır.